9 saylı ixtisaslaşdırılmış internat evinə baxış keçirilib

9 saylı ixtisaslaşdırılmış internat evinə baxış keçirilib
Ombudsman Aparatının İşgəncələr Əleyhinə MPM qrupunun nümayəndəsi Y.Cəfərova və müvəkkilin əlillərin hüquqlarının müdafiəsi üzrə müşaviri M.Mahmudov Elmira Süleymanovanın tapşırığına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovna qəsəbəsindəki 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evində olub, sakinlərin yaşayış şəraitini öyrənmək üçün korpuslara baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bir qədər əvvəl müvəkkil internat evində olarkən bu müəssisənin elektrik təchizatında mövcud olan problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq qurumlara müraciət edib və həmin məsələ öz müsbət həllini tapıb.

Aparatın əməkdaşları bu internat evi sakinlərinin yaşayış şəraiti və qida təminatını araşdırıb, yataq yerlərinə, müalicə otaqlarına, mətbəxə, yeməkxanalara və digər obyektlərə baxıb, sakinlərlə və müəssisənin rəhbərliyi söhbət aparıblar. Sakinlər pansionatın işçi heyəti tərəfindən onlara qarşı hər hansı bir kobud rəftara, pis münasibətə yol verilmədiyini söyləyiblər.

Son illər bu müəssisənin maddi təminatı xeyli yaxşılaşdırılıb. Otaqlara baxış zamanı sakinlərin yaşayış şəraitinin normal olduğu, gigiyenik normalara riayət edildiyi, yuyunmaq, duş qəbul etmək üçün şərait yaradıldığı, otaqların televizorla təmin olunduğu müəyyənləşdirilib. Lakin bəzi otaqlarda qismən sıxlıq yarandığı, üç-dörd nəfərin yaşadığı, fərdi əşyaların saxlanması üçün dolabların çatışmadığı məlum olub.

Müəssisənin rəhbərliyinə sakinlərin saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə