Bu ilin ilk iki ayında Azərbaycanda 23 400 körpə doğulub. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,7) qalıb. Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 516-sı əkiz, 15-i isə üçəm doğulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB