“Ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsi” mövzusunda 17 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı Nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.
Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi, 2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB