Əli Həsənov: "Heydər Əliyev Azərbaycanda olduğu qədər qardaş ölkədə də sevilir"

Əli Həsənov: "Heydər Əliyev Azərbaycanda olduğu qədər qardaş ölkədə də sevilir"

"Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləri arasında layiqli yer tutan liderdir. Ulu Öndərin söylədiyi “Biz bir millət, iki dövlətik” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında özünü tam şəkildə doğruldur". Bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professir Əli Həsənov Ankarada çıxışı zamanı bildirib.

Əli Həsənov əlavə edib ki, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” əsərinin xarici dillərə tərcüməsi tarixi əhəmiyyət daşıyır: "Üçcildliyin Türkiyə oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər qardaş ölkədə də sevilir və məhəbbətlə yad olunur. Türkiyə oxucuları bu əsərlər vasitəsilə Heydər Əliyev şəxsiyyəti barədə daha mükəmməl informasiyalar əldə edə biləcəklər".

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə