"Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənir" RƏY-ÖZƏL

"Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənir" RƏY-ÖZƏL

“Azərbaycanda həyata keçirilən sosial iqtisadi islahatlar nəticəsində vətəndaşlarımızın dövlət' olan inamın; artmaqla yanaşı, beynəlxalq ictimaiyyətdə də nüfuzu daha da güclənir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, ölkəmiz tərəfindən təkcə region üçün deyil, eləcə də bütün dünya ölkələri üçün mühüm rola malik olan transmilli layihələrin həyata keçirilməsi Azərbaycanın dünya siyasi və iqtisadi arenasında mövqeyini dərinləşdirir: “Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir”.

Deputat söyləyib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlıqların möhkəmlənməsi və genişlənməsinə öz töhfəsini verməkdədir: “Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı Cənub Qaz Dəhlizi layihəsi nəticəsində əməkdaşlığımız genişlənməklə yanaşı, ölkəmiz Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Bundan başqa Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya çıxış imkanı əldə etmiş oluruq”.

T.Rzayev qeyd edib ki, son 1 il müddətində adıçəkilən layihələrin həyata keçirilməsi istiqamətində əldə olunan uğurlar Azərbaycanda həyata keçirilən sosial islahatlar da da özünün göstərməkdədir: “ İqtisadi uğurlarımızın nəticəsində son bir neçə ay müddətində sosial sfera ilə bağlı inqilabi, bütün dünyaya örnək ola biləcək addımlar həyata keçirilib. Bunun təkcə xalqımız deyil, beynəlxalq ictimaiyyət də yüksək qiymətləndirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə