"Əsas işimiz gəncləri düzgün yola istiqamətləndirməkdir” RƏY-ÖZƏL
“Azərbaycanda həyata keçirilən gənclər siyasətinin prinsipində dayanan əsas məsələ gənclərlə mütəmadi olaraq söhbətlər aparmaq, onların problemləri ilə yaxından tanış olmaqdır”. Bu fikirləri SİA-ya Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov deyib.
Bu gün ölkə gənclərinin həyata keçirilən proseslərdə həm iştirakçı, həm də təşkilatçı kimi geniş fəaliyyətə malik olduğunu deyən sektor müdiri söyləyib ki, gənclər arasında aparılan əsas təbliğat milli ideologiya ilə bağlıdır.
Onun sözlərinə görə, yerlərdə Azərbaycançılıq ideologiyasının təbliği yüksək səviyyədə həyata keçirilir: “ Məhz Azərbaycançılığın ümumi ideoloji prinsipləri gənclərə çatdırılır. Gələcəkdə gəncliyin hansı istiqamətdə inkişafına baxmayaraq, azərbaycanlı olaraq, milli ruhumuzu yüksəltməli, ideologiyamızı bilməli, bu işlərin həyata keçirilməsi ilə bağlı vəzifələrimizi müəyyənləşdirməliyik”.
Ə.Məmmədov deyib ki, gənclərin sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərin həyata keçirilməsi, məşğulluq məsələləri ilə bağlı tədbirlər, yarmarkalar tədbirlər həyata keçirilir: “Bu gün dünyada müxtəlif məsələlərlə bağlı çağırışlar var ki, bura ekologiya, sağlam qida, narkomaniya, dini radikalizm və digərləri daxildir. Gənclər arasında keçirilən tədbirlərdə bu məsələlərlə mübarizə istiqamətində fəaliyyət həyata keçirilir. Əsas işimiz gəncləri düzgün yola istiqamətləndirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB