“The Jakarta Post” qəzeti 10 milyonuncu sakinimizdən yazıb FOTO

“The Jakarta Post” qəzeti 10 milyonuncu sakinimizdən yazıb FOTO

İndoneziyanın ingilis dilində nəşr edilən nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycanın 10 milyonuncu sakininin dünya gəlməsi barədə xüsusi məqalə dərc edib. SİA-nın məlumatına görə, aprelin 12-də qəzetin internet versiyasında yerləşdirilən məqalə “Həftənin söhbəti: Azərbaycan 10 milyon klubuna daxil oldu” adlanır. Bildirilir ki, aprelin 6-da Bakıdakı xəstəxanada dünyaya gələn Mehriban Həsənova Azərbaycanın 10 milyonuncu vətəndaşı olub.

Məqalədə bu xəbərin ölkə əhalisi tərəfindən böyük sevinclə qarşılandığı və Azərbaycanın 10 milyon əhalisi olan ölkələr klubuna daxil olması ilə əlaqədar hər yerdə bayram tədbirlərinin keçirildiyi vurğulanır. Bu barədə xəbərin isə qəzetə Azərbaycanın Cakartadakı səfirliyi tərəfindən verildiyi qeyd edilir.

Ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibovun sözlərini sitat gətirən qəzet yazır: “Aprelin 6-da Bakıda Mehriban Həsənoavnın dünyaya gəlməsi ilə biz 10 milyon əhalisi olan ölkəyə çevrildik. Bununla biz əhalisinin sayına görə dünyanın 90-cı ölkəsi olduq”.

Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və yeni doğulan Mehribanın valideynlərini təbrik ediblər. Prezident İlham Əliyev şəxsən körpənin valideynləri ilə görüşüb.

Məqalədə ölkəmiz haqqında verilən əlavə məlumatda Azərbaycanın Cənubi Qafqaz regionunun ən böyük dövləti olduğu, İndoneziya ilə sıx dostluq münasibətləri saxladığı və burada əsasən müsəlmanların yaşadığı qeyd edilib. Bidirilib ki, həm Azərbaycan, həm də İndoneziya Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzvləridirlər, həmçinin müxtəlif beynəlxalq forumlarda sıx əməkdaşlıq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə