Valentina Matviyenko ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
SİA xəbər verir ki, Valentina Matviyenko görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB