Bu yolda sarı tor qurulur

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə