"Son 1 il ildə sosial sahədə 7 ilin ən yüksək artımı olub" AÇIQLAMA-ÖZƏL
“Ötən bir il ərzində ölkəmizdə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan praktiki addımlardan biri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müavinət və təqaüdlərin ciddi şəkildə artırılmasıdır. Ölkə başçısı tərəfindən imzalan Fərman və qərarlar aprelin 1-dən qüvvəyə minib”. Bunu SİA-ya Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abasbəyli deyib.
Onun sözlərinə görə, sözügedən qərarlar 600 min nəfəri əhatə edir: “Onlardan 300 mini xüsusi kateqoriyadan olan - əlillər, müharibə əlilləri və veteranları əhatə edir. Bu artım son 7 ilin ən yüksək artımıdır. Demək olar ki, bütün müavinət və təqaüdlər iki dəfə artırılıb. Bunun üçün dövlət büdcəsindən 400 milyon vəsait ayrılıb”.
Nazir müşaviri söyləyib ki, problemli kreditləri də əlavə etsək deyə son 1 ildə sırf sosial sahədə həyata keçirilən islahatlara ümumilikdə dövlət büdcəsində əlavə 2 milyard vəsait ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB