Özbəkistan portalları Azərbaycanın 10 milyonuncu vətəndaşından yazır

Özbəkistan portalları Azərbaycanın 10 milyonuncu vətəndaşından yazır

Özbəkistanın qlampir.uz və kun.uz portalları Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə bağlı özbək və rus dillərində materiallar yayıb. Məcburi köçkün Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində dünyaya gələn Azərbaycanın 10 milyonuncu sakininə Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Mehriban adı verilib.

Məqalələrdə vurğulanır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşağın valideynləri ilə görüşüblər və onları təbrik ediblər. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Mehriban Həsənovanın valideynlərinə onun Azərbaycanın 10 milyonuncu sakini olması barədə sertifikatı və mənzilin çıxarışını təqdim edib.

Yazılarda Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək bildirilib ki, Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi təkcə uşağın valideynləri üçün deyil, bütün ölkə üçün əhəmiyyətli hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə