“Son 1 il müddətində ölkəmizdə həyata keçirilən ciddi islahatlar bütün sahələri əhatə edib. Sosial sahədə həyata keçirilən islahatların sadalamasını cənab Prezidentin 2018-ci ildə keçirilən seçkilərdən sonra ilk imzaladığı Fərmandan başlaya bilərik. Xatırladaq ki, Prezident seçildikdən sonra dövlət başçısının ilk olaraq 19 aprel 2018-ci il tarixdə imzaladığı Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub”. Bu fikirləri SİA-ya Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abasbəyli deyib.
Ölkə başçısı tərəfindən seçkilərdən sonra ilk imzalanan Fərmana əsasən 9745 nəfərə birdəfəlik 11 min manatlıq ödənişin verilməsi ilə bağlı qərarın qəbul olunduğunu xatırladan nazir müşaviri daha sonra Fərmanın əhatə dairəsinin genişləndiyini də dilə gətirib: “Belə ki, 2019-cu ilin yanvarın 18-də cənab Prezident tərəfindən imzalanan F Fərmana əsasən yuxarıda qeyd olunan rəqəmlərə 2745 nəfər də əlavə edildi. Bununla da ümumilikdə 12268 nəfərə birdəfəlik ödəminin verilməsi ilə əlaqədar qərar qəbul olundu. Bunun üçün dövlət büdcəsində 135 milyon manat vəsait də ayrıldı”.
M.Abasbəyli deyib ki, son 1 il müddətində sosial islahatlarla bağlı atılan digər mühüm addım ümumi şəhidlərin və Əfqanıstanda xidmət etmiş və həlak olmuş həmvətənlərimizə verilən Prezident təqaüdünün məbləğinin artırılması oldu: “ Bir qrup şəxsin təqaüdü 242 manatdan 300 manata, bir qrup şəxsin təqaüdü isə yenə də 200 manatdan 300 manata çatdırıldı. Bunun üçün də dövlət büdcəsindən əlavə olaraq 9 milyon manat ayrıldı”.
Bu islahatların davamı olaraq daha sonra Prezident İlham Əliyev tərəfindən minimum əmək haqlarının artırılması ilə bağlı qərarın əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayan nazir müşaviri bildirib ki, qərara əsasən mart ayının 1-dən etibarən Azərbaycanda minimum pensiya 119 manatdan 160 manata çatdırıldı: “Bunun üçün dövlət büdcəsindən əlavə olaraq 49 milyon vəsait ayrıldı. Azərbaycan bu göstəriciləri ilə Qazaxıstandan sonra ikinci yerdədir. Daha sonra minimum əmək haqları isə 130 manatdan 180 manata çatdırılmasının şahidi olduq. Bunun özü 600 min həmvətənimizi əhatə etdi ki, onlardan 450 mini dövlət, 150 mini özəl sektorun payına düşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB