Ölkəmizin 10 milyonuncu sakini evə buraxılıb

Ölkəmizin 10 milyonuncu sakini evə buraxılıb

Bir neçə gün bundan öncə dünyaya gələn ölkəmizin 10 milyonuncu sakini Mehriban Həsənova artıq doğmalarının yanındadır. 10 milyonuncu uşaq artıq xəstəxandan evə buraxılıb “Xəzər Xəbər”in məlumatında deyilir ki, körpənin yaxınları diqqət və qayğıya görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Uşağın yaxınlarının sözlərinə görə, hazırda körpənin və anasının vəziyyəti normaldır.

Həsənovlar ailəsində indi böyük sevinc yaşanır. Həm qohum-əqraba, həm də dost-tanış ailəni təbrik etmək üçün onların yaşadığı evi ziyarət edir. Qeyd edək ki, balaca körpə aprelin 6-da dünyaya gəlib. O, ölkəmizin 10 milyonuncu sakini olaraq tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə