Prezident və birinci xanım Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil hədiyyə etdilər

Prezident və birinci xanım Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil hədiyyə etdilər

Azərbaycanın 10 milyonuncu sakininin hesabına vəsait köçürülüb, ailəyə mənzil hədiyyə edilib. SİA-nın məlumatına görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqovaya ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.

Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə