Yalan rəy verənlər cəzalandırılacaq

Yalan rəy verənlər cəzalandırılacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, bu dəyişiklik ekoloji qiymətləndirmə ilə bağlı yalan rəy verənlərin cəzalandırılmasını nəzərdə tutur.

Məcəllənin 275-ci (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) maddəsinə əlavə edilən 3-cü bəndə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirilmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə