"Kitab və çap məhsulları vergidən azad edilməlidir". SİA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əlyiev mədəniyyət xadimləri ilə görüşündə bəziləri atalarına heykəd qoyulmasını, adlarına küçə verilməsini istəyiblər: "Heç kim kitab və çap məhulları sahəsində 18 faiz əlavə dəyər vergisinin ləğv olunmasını təklif etmədi. Gürcüstan belə bu vergini ləğv edib".
Millət vəkili yaradıcı insanların problemlərin məsələsinin qaldırılmalı olduğunu vurğulayıb: "Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə Xalq şairi, Süleyman Abdullayevə Xalq yazıçısı adı verilmir, əslində Xalq şairi. Xalq yazıçılarıdır. Ancaq bu gün Musa Yaqub ağır durumdadır, o, yardım istəyir, ona kimsə yardım etmir. Amma yüzlərlə ölkənin həyatında rolu olmayan adamlara yardım edilir. Biz yaradıcı insanlara zamanında dəyərini verməliyik. Prezident yaradıcı insanlarla görüşür, ictimai məsələlər kənarda qalır, şəxsi probleilərini önə çəkirlər"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB