"Gulfstream" şirkətinin Bakı-Moskva marşrutu üzrə hərəkət edən və göyərtəsində sərnişinlərin olduğu təyyarəsi aprelin 8-də səhər saatlarında "Şeremetyevo" hava limanına qəza enişi edib. SİA-nın məlumatına görə, bu barədə Rusiya KİV-ləri xəbər verib.
Müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına düşdükdən sonra asfalt örtükdən kənara çıxıb. Nəticədə təyyarənin şassisinin dirəkləri qırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB