Əhməd Davudoğludan Ermənistana sərt cavab: “Ermənistan bu gün Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib” - MÜNASİBƏT
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Ermənistana sərt mesaj verib. SİA-nın türk mətbuatına istinadən səslənən bəyanatın tam mətni: "Türkiyə qonşuları ilə bütün məsələləri aydın və təhrifsiz şəkildə müzakirə etməyə hazırdır. Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalanması bir çox məqsəd daşıyırdı. Mövcud problemlər bu normallaşmanın həyata keçirilməsinə maneələr yaratdı.
Eyni zamanda Azərbaycan Avropa Şurasının üzvüdür. Əgər Ermənistan onun 20 faiz torpaqlarını işğal edirsə, deməli, təşkilatın əsas prinsiplərinin pozulması mövcuddur. Əgər siz Avropa Şurasının bütün prinsiplərinə hörmətlə yanaşsanız və əməl etsəniz, əminəm ki, bir gün Avropanın bu hissəsində də sülh olacaq. Belə olarsa, Azərbaycanla Ermənistan arasında da münasibətlər köklü şəkildə yaxşılaşar. Türkiyə onu əhatə edən sərhəd ölkələrini dost kimi görür. Əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, ilk öncə Azərbaycanı da dost qismində görməlidir. Bu halda Qafqazda sülh və stabillik mövcud olar. Bu, bizim siyasi məqsədimizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB