“Bu yaxınlarda İngiltərənin Klimanrok şəhərindən olan Ella Lennonun anası xərçəng xəstəliyinə tutulur və dünyasını dəyişir. Körpə atası ilə tək qalır. Analar günündə isə qızcığaz anasına məktub göndərmək qərarına gəlib. Təəssüf ki, Böyük Britaniyanın poçt xidməti göylərə məktub çatdırmır, lakin poçtun qayğıkeş əməkdaşı Ellanı cavabsız qoya bilməzdi”. SİA xəbər verir ki, bu ilginc hadisə barədə Mirror nəşri yazır.
“Anasına xoş olsun deyə, Elli məqsədinə dəqiqliklə yanaşıb. O, öz əli ilə gülməli kalambur şəkli çəkərək, yazıb ki, anası bütün dünyada ən gözəlidir. Qızcığaz konvertin üzərində çatacaq ünvan yerində “Cənnətdə olan anama” yazıb”, deyə xəbərdə bildirilir: “Ella iki gün sonra cavab alıb. Konvertin üzərində qeyd olunub ki, məktub onun Cənnətdə yaşayan anası tərəfindən göndərilib. “Cavabda” bildirilib ki, o, öz gözəl qızını çox sevir və inanır ki, Elli böyüyərək, ağıllı və seçilən qızlardan olacaq. Ana isə daim onu göylərdən izləyəcək”.
Təsirli hadisədən sonra bu hadisəni Ellanın xalası Linda Ross “Tvitter” vasitəsi ilə paylaşıb. Belə ki, o poçtun öz vaxtını itirərək qızcığaza məktub yazan əməkdaşına təşəkkürlərini çatdırıb. Minnətdarlığa Ellanın atası Din də qoşulub”.
“Qızcığaz məktubu alanda sadəcə dondu. Təəccüblüdür ki, bu dünyada hələ də yaxşı insanlar yaşayır. Sizə hədsiz dərəcədə minnətdarıq, çox sağ olun”, deyə Ellanın yaxınları bildirib.
Rövşən NURƏDİDNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB