“Planet iki nəfər üçün” layihəsinin rusiyalı iştirakçısı Aleksey Kulik Elvira adlı segilisinə evlilik təklifini Azərbaycanın Tufandağ yüksəkliyində edib. SİA vestnikkavkaza.ru saytına istinadən xəbər verir ki, layihə iştirakçısı Azərbaycanı təsadüfən seççməyib, belə ki, onun sevgilisi yarı azərbaycanlıdır.
“Proqramın çəkilişləri Bakıda, Naftalanda, Şəkidə aparılıb, Kulikin sevgilisinə narın içində gizlətdiyi üzüklə birgə evlilik təklifi isə Tufandağda edilib. Qız, bu təklifə “hə” cavabını verib”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Planet iki nəfər üçün” layihəsində iştirak edən kişilər orijinal və romantik səyahətlər düşünürlər ki, sonda öz sevgililərinə evlilik təkliflərini etsinlər. Xüsusilə, iştirakçı sevgilisinə təqdim edəcəyi sürpriz evlilik təklifini sirr olaraq saxlamalıdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB