MTRŞ "Space"-i cərimələdi
Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) "Space" televiziyasını cərimələnib. SİA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T.Dadaşov bildirib: "Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz ve ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ile bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə