Özbəkistan mətbuatı Azərbaycandakı sərgi barədə videoreportaj hazırlayıb
Özbəkistanın Qalampir.uz portalı Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobillər sərgisi ilə bağlı videoreportaj yayıb.
SİA xəbər verir ki, videoreportajda özbək tamaşaçılara sərgi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, sərgidə XIX-XX əsrlərdə Almaniya, Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, Böyük Britaniya və digər ölkələrin istehsalı olan klassik avtomobillər nümayiş etdirilir.
Burada Mercedes Benz, BMW, Fiat, Wolksvagen, Rolls Royse, Чайка, Волга–газ 24 avtomobillərini görmək mümkündür. Sərgi 2015-ci ildə açılıb və burada 60-dan çox klassik avtomobil var.
(azertag.az)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB