Bu gün Bakıda atəşfəşanlıq olacaq

Bu gün Bakıda atəşfəşanlıq olacaq
Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub. SİA-nın məlumatına görə, Bakının bütün rayonlarında bu gün ağacəkmə aksiyası, 17:00-da isə Bakı bulvarında konsert keçiriləcək. Bundan başqa, 18:00-da Xəzər rayonunda Heydər Əliyev Mərkəzində fleşmob keçiriləcək. Saat 21:00-da Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə