Aprelin 6-da Qubada Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə askiyası keçirilib. SİA-nın Şimal bürosundan verilən məlumata görə, mindən çox ağacın əkildiyi kampaniyanı Quba Rayon İcra Hakimiyyəti ilə 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi birgə təşkil edib. Rayonun Vəlvələçay inzibati ərazi dairəsində salınan yeni yaşıllıq zolaqlarında şam və küknar tingləri əkilib.
Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB