2279 şəxsə reabilitasiya xidmətləri göstərilib

2279 şəxsə reabilitasiya xidmətləri göstərilib

2019-cu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2279 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, onlardan 1829-u stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Qeyd olunan insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks bərpa-müalicə işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə