"Vəzifəmiz Xüsusi Məktəbin fəaliyyətini daha da inkişaf etdirməkdir" MÜNASİBƏT
"Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) “Sərhədçi” İdman Olimpiya Mərkəzində DSX-nin Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üzrə kursant imtahanı keçirilir. Hal-hazırda bu gün 1227 nəfər tərəfindən Xüsusi Məktəbdə təhsil almaq üçün müraciət olunub. Kursant yerimizin sayı 48-dir. Gördüyünüz kimi bizdə 1 yerə 26 nəfərlik konkurs yaranıb. İlk növbədə bu rəqəmlər DSX-nin Xüsusi Məktəbinin nüfuzunun göstəricisidir. Təbii ki, bu nüfuzun da arxasında DSX-nin Xüsusi Məktəbinin 2011-ci ilin oktyabr ayında Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə tam maddi-texniki baza ilə əsaslı təmir edildikdən sonra DSX-nın balansına verilməsi və 18 oktyabr 2011-ci il tarixdə həmin Xüsusi Məktəbin açılışında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsən iştirak etməsi olmuşdur. Bundan sonra isə 2014-cü ilin 22 may tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 170 nömrəli Fərmanı ilə bu Xüsusi Məktəbə Xüsusi Təyinatlı Təhsil Müəssisəsi hüquqi statusu verilmişdir və onun Nizamnaməsi təsdiq olunmuşdur". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidməti (DSX) Aparatının rəhbəri, general-mayor Elçin İbrahimov deyib.
DSX-nın Aparat rəhbərinin sözlərinə görə, bu Nizamnaməyə əsasən məktəbin əsas təyinatı Azərbaycan dövlətçiliyinə, Ali Baş Komandana sadiq, vətənpərvər, yüksək dünyagörüşünə malik olan kursantların yetişdirilməsi, onların DSX-nın Akademiyasında təhsil üçün hazırlanmasıdır: "2007-ci ilin 12 iyun tarixində DSX-nın Akademiyasının təsis edilməsi, fəaliyyətə başlaması nəticəsində DSX-nın hazırda çox mükəmməl bir hərbi təhsil sistemi yaranıb. Gördüyünüz kimi Xüsusi Məktəbdə 7 illik təhsil aldıqdan sonra kursantlar DSX-nın Akademiyasında 4 il təhsil alırlar. Bundan sonra onlar leytenant hərbi rütbəsi almaqla DSX-da xidməti döyüş fəaliyyətlərinə başlayırlar və xidmətdə irəli gedirlər. Bir müddət sonra artıq onlar növbəti təhsil pilləsinə akademik kurslara cəlb olunurlar. İki il orada təhsil aldıqdan sonra isə DSX-nın peşəkar zabit korpusunun tərkib elementi kimi öz fəaliyyətlərini davam etdirirlər.
Hal-hazırda bu imtahanda iştirak edən şagirdlərin yaş həddi 12 yaşa qədərdir. Onlar bu il 4-cü sinifi bitirirlər. Artıq qəbul olunan heyət 2019-cu ilin sentyabr ayından DSX-nın Xüsusi Məktəbinin birinci kursunda, yəni 5-ci sinifində təhsilə başlayacaqdır. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, Xüsusi Məktəbin 2018-ci ilin 5 mart tarixində yeni korpusu istifadəyə verildi. Azərbaycanın Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva həmin korpusun açılış mərasimində şəxsən iştirak etdi və kursantlar üçün yaradılmış həm tədris, həm də yaşayış şəraiti ilə tanış oldu. Bizim də vəzifəmiz bu Xüsusi Məktəbin fəaliyyətini günü-gündən daha da inkişaf etdirmək, onun zəruri pedaqoji imkanlarını, maddi-texniki bazasının daha da genişləndirməkdən ibarətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB