Prezident və birinci xanım 10 milyonuncu sakinə görə xalqımızı təbrik ediblər

Prezident və birinci xanım 10 milyonuncu sakinə görə xalqımızı təbrik ediblər

2019-cu ilin aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə