Ölkəmizin 10 milyonuncu sakini doğulub. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.
Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB