İranda ölənlərin sayı 70 nəfərə çatdı

İranda ölənlərin sayı 70 nəfərə çatdı

İranda daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 62 nəfərin öldüyü bildirilirdi.

İran məhkəmə tibb təşkilatının rəhbəri Əhməd Şoji Fars xəbər agentliyinə açıqlamasında daşqınlardan ölənlərin sayının 67 nəfər olduğunu söyləyib.

Qeyd edək ki, daşqınlar İranda on minlərlə əhaliyə ziyan vurub, ölkənin 1,9 min şəhər və kəndinə təsir edib. Güclü yağışlar nəticəsində baş verən daşqınlar İranın bir çox vilayətində yolların bağlanmasına səbəb olub, infrastruktur və evlər zədələnib, nəqliyyat əlaqələri pozulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə