Bu yolda xətlənmə işləri aparılır DİQQƏT!

Bu yolda xətlənmə işləri aparılır DİQQƏT!

Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, işlər Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə