“Diqlas” ticarət mərkəzi söküləcək FHN

“Diqlas” ticarət mərkəzi söküləcək FHN

Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzi söküləcək.

SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında bildirilib.

Məlumatda deyilir: "Mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” ticarət mərkəzi söküləcək".

Qeyd edək ki, martın 26-da baş verən yanğın zamanı ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə