Terror təhdidləri, cihadçılar və onların ailələri ilə bağlı problemlər, internetdən terror məqsədləri üçün istifadəyə qarşı mübarizə, habelə miqrantların qaçaqmalçılığı və ekoloji cinayətlər Fransada G7 üzvü olan ölkələrin daxili işlər nazirlərinin toplantısında əsas müzakirə mövzuları olacaq. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Fransanın daxili işlər naziri Kristof Kastaner və katibi Laurent Nunez bu gün alman, italyan, Kanada, Amerika, yapon və ingilis həmkarları ilə görüşəcəklər.
Fransa Daxili İşlər Nazirliyi hesab edir ki, Amerikanın şəbəkənin əsas oyunçuları ilə əməkdaşlıq yanaşması “öz məhdudiyyətləri”ni göstərir.
Paris, Berlin və London “terror məzmunu”nun çıxarılması tələb edən qanunvericiliyi Avropa səviyyəsində dəstəkləyir. Bu mövzunu müzakirə etmək üçün Google, Microsoft, Twitter və Facebook nümayəndələri Parisdə toplanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB