Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri vəfat edib

Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri vəfat edib

Avstriya parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri Barbara Krenn uzun sürən xəstəlikdən sonra vəfat edib.

AZƏRTAC xəbər verir ki, 1969-cu ildə Avstriyanın Bad Aussee qəsəbəsində doğulan B.Krenn 2017-ci ildə parlamentə üzv seçilməzdən əvvəl Pürq-Trautenfels şəhərinin meri olub. Avstriya parlamentində Azərbaycanla ikitərəfli qrupun sədri kimi B.Krenn Azərbaycana dəfələrlə səfər edib, iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün çalışıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov avstriyalı siyasətçinin qəfil ölümü ilə bağlı bildirib ki, Barbara Krenn Avstriya tərəfindən parlament qrupuna qısa müddət ərzində rəhbərlik etsə də, onun fəaliyyət dövrü məhsuldar olub. Vurğulayıb ki, parlamentlərarası əməkdaşlığın inkişafında xüsusi rol oynayan B.Krenn iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına töhfələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə