YAP Səbail rayon təşkilatının nümayəndələri Cocuq Mərcanlıda

YAP Səbail rayon təşkilatının nümayəndələri Cocuq Mərcanlıda

Azərbaycan Ordusunun 2016-ci ildə şanlı aprel qələbələrinin növbəti ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil edilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlı kəndinə səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə rayon ictimaiyyəti nümayəndələri, partiya fəalları, xüsusilə gənclərdən ibarət 100 nəfərlik nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin üzvləri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər, şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər. Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə gələn qonaqlar sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə maraqlanıblar, müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə müxtəlif hədiyyələr təqdim edilib.

Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşlər, yeni yaradılmış "Park" istirahət kompleksində tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaradib.

Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda düşmənlə təmas xəttindəki postlarda növbə çəkən əsgərlərlə görüşüb, onların xidmət şəraiti ilə yaxından tanış olublar.

Əsgərlərimizin döyüş ruhunun yüksək olması qonaqlarda böyük qürur hissi yaradıb. YAP Səbail rayon təşkilatı adından hərbi hissəyə xatirə hədiyyələri təqdim olunub.

Səfər xoş təəssüratlar və unudulmaz xatirələrlə yadda qalıb.

Qonaqlar daha sonra Şuşa məscidinin bənzəri olan Çocuq Mərcanli kənd məscidinda olublar. Burada şəhidlərin xatirəsinə dualar oxunub. Qonaqlar daha sonra erməni hərbiçiləri tərəfindən öldürülmüş 2 yaşlı Zəhranin Füzuli rayonunun Alxanli kəndində yerləşən məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə