"Hazırda "ASAN xidmət" mərkəzlərində hərbi xidmətdən təxris olunan 10-a yaxın qazi fəaliyyət göstərir. Həmin şəxslər döyüşlərdə müxtəlif yaralar alıblar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bundan başqa "Asan Xidmət" də şəhidlərimizin yaxın qohumları işlə təmin olunub, çalışırlar: "Ümumiyyətlə, şəhid ailələri, qazilər, müharibə iştirakçılarına dövlətin dəstəyi göz qarşısındadır: ""ASAN xidmət"in də kiçik töhfəsidir ki, imkan daxilində işlə təmin olunan zaman bu kateqoriyadan olan ailələri üstünlük verir".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB