3 jurnalist terrorçuların siyahısına daxil edilib MİSİRDƏ

3 jurnalist terrorçuların siyahısına daxil edilib MİSİRDƏ

Misir Məhkəməsi 3 qətərli jurnalistin adını terrorçuların siyahısına daxil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, jurnalistlərin şəxsi hesabları dondurulub, onların ölkədə girişinə qadağa qoyulub.

"Əl-Cəzirə" rəhbərliyi qəbul olunan qərarı qınayaraq, bu addımı mətbuat və söz azadlığının pozulması adlandırıb.

"Əl-Cəzirə qəbul olunan qərarı Misirdə yaşanan hadisələrin aşkara çıxarılmasın susdurmaq siyasətinin davamı hesab edir", - deyə Qətər mediasının yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, terrorçularla bağlı siyahı Misirdə 2015-ci ildən tərtib olunmağa başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə