YAP Qaradag rayon təşkilatında tədbir keçirilib
Bu gün YAP Qaradag rayon təşkilatında aprel döyüşlərində qazandığımız qələbənin üçüncü ildönümü münasibətilə “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Qaradag rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, aprel döyüşlərinin iştirakçıları, rayon gəncləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları ölkəmizin bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
.jpg)
YAP Qaradag rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynob bildirib ki, aprel döyüşlərində Şanlı ordumuz Ermənistan tərəfinə öz gücünü göstərərək bir daha sübut etdi ki, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlanıla bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir.
.jpg)
Aydın Hüseynov qeyd edib ki, aprel döyüşləri Azərbaycanın zəfər tarixidir: "1992-ci ildən etibarən torpaqlarımız işğal ediləndən sonra ermənilərdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu ermənilərə qarşı döyüşmək iqtidarında deyil. Amma 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin bu fikrini darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi. Aprel döyüşlərində Azərbaycan əsgəri işğal altında olan bir neçə yüksəkliyi qısa müddətdə ermənilərdən azad etməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan istənilən vaxt torpaqlarını işğaldan azad etməyə qadirdir, lakin biz münaqişənin sülh yolu ilə həllini istəyirik".
A.Hüseynov əlavə edib ki, aprel döyüşləri Azərbaycan əsgərinin vətənpərvərliyini bir daha sübuta yetirdi və Azərbaycan dövlətinin Qarabağ məsələsində prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızın azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdılar. Bu döyüşlərin nəticəsi olaraq dünyaya çatdırıldı ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən halda öz torpaqlarını azad edəcək.
.jpg)
Aprel döyüşlərinin iştirakçılarından zabitlər - Həsrət Almasov, Elmir Abbasov keçdikləri şərəfli döyüş yollarından danışdılar və aprel döyüşlərinin Azərbaycan xalqının qələbəsi olduğunu bildirdilər. “Zabit və əsgərlərimiz doğma yurdlarını qorumaq, azad etmək üçün döyüşə atıldılar. Andına sadiq qalan ordumuz torpaqların bir hissəsini azad etdi. Düşmən ordusu o qədər qorxu işərisində idi ki, silahlarını atıb qaçmaga üstünlük verirdilər. Onlar bilirdilər ki, bu torpaqlar onların deyil. Biz sübut etdik ki, ordumuzun qarşısında duruş gətirmək mümkün deyil.
Daha sonra aprel döyüşlərinin iştirakçısı olmuş əsgər Fərid Əsgərov aprel döyüşləri zamanı əsgər yoldaşlarının şücaət və qəhrəmanlıqlarından danışdı. Aprel döyüşçüləri hər an Ali Baş komandanın əmrinə müntəzir olduqların və torpaqlarımızı düşməndən azad etməyə qadir olduqlarını bildirdilər.
.jpg)
Sonda YAP Qaradağ rayon təşkilatı Gənclər birliyinin sədri Ramiz Yusubov və Gənclər birliyinin üzvü Seyidməmməd Məmmədzadə aprel döyüşləri haqqında geniş məlumatlar verdilər.
Sonda tədbir iştirakşıları xatirə şəkli çəkdirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB