Ağsu-Xanbulaq avtomobil yolu çöküb: bir neçə kəndlə əlaqə kəsilib - VİDEO

Ağsu-Xanbulaq avtomobil yolu çöküb: bir neçə kəndlə əlaqə kəsilib - VİDEO

Son günlər yağan yağışlar səbəbindən Ağsu-Xanbulaq avtomobil yolu çöküb. SİA-nın xəbərinə görə, bir neçə kəndlə əlaqə kəsilib. Əraziyə cəlb edilən texnikanın köməyi ilə yol bərpa edilib. Dağdan axan torpaq qatı yolun 7-ci km-də tökülərək bir neçə kəndlə əlaqəni kəsib. Yolun bir neçə saat bağlı qalması səbəbindən Xanbulaq, Hinqar, Girdə, Kəndəxan, Zərqava, Yenikənd və Kövluc kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Günorta saatlarından etibarən əraziyə texnika cəlb olunaraq, yolun bərpası üçün işlər görülüb.

Bir neçə kəndi rayon mərkəzi ilə birləşdirən yolun təhlükəli olması sakinləri hələ də narahat edir.

Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi əraziyə gələrək yolun açılmasını bərpa edib.

Xanbulaq kənd icra nümayəndəsi Ayaz Mürşüdovun sözlərinə görə, sürüşmə baş verən Ağsu-Xanbulaq yolu dövlət proqramına salınıb, 2020-ci ildə əsaslı təmir edilərək sürücülərin istifadəsinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə