Bu ərazilərdə işıq olmaycaq

Bu gün Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək. Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Qurum bildirir ki, "Sumqayıt Dəmiryolu İdarəsi" tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə