Qəbiristanlıqlarla bağlı qərarlar prokuror tərəfindən verilsin TƏKLİF
Azərbaycanda qəbiristanlıqların qorunması tələblərinin pozulmasına görə qərarların prokuror tərəfindən verilməsi təklif edilir. SİA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bu dəyişikliyə əsasən, qəbiristanlıqların qorunması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsi ilə bağlı inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək. Digər normaların pozulması barədə inzibati xətalar haqqında işlərə isə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB