Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlər üçün daha bir yenilik edib. Aeroportdan SİA-ya bildirilib ki, xüsusi elektron ədliyyə köşkləri vasitəsilə borca görə ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında məlumat əldə edib və həmin borclarının ödənişlərini həyata keçirmək, məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldırmaq mümkündür.
O cümlədən bu köşklərdə yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getməsi üçün razılıq ərizələrini də əldə etmək mümkündür. Köşklər Terminal 1-in birinci mərtəbəsində quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB