Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib FOTOLAR

Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib FOTOLAR

30 mart 2019-cu il tarixində YAP Mərkəzi aparatı və YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırım Günü" nə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP-nın gəncləri ilə "Quba Soyqırım Memorial Kompleksi" ziyarət edilib. Keçirilən tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və "Yazıçılar Birliyi"nin üzvü Əlibala Məhərrəmzadə çıxış edib.

Çıxış edənlər erməni cəlladlarının Azərbaycan xalqına qarşı dəfələrlə törətdikləri soyqırım aktları barədə danışaraq bu hadisələrin dünya ictimaiyyətinə daha yaxından çatdırılmasının vacibliyini qeyd ediblər.

Daha sonra bildirilib ki, 31 mart – Soyqırımı Günündən uzun müddət keçməsinə baxmayaraq soyqırım qurbanlarının əziz xatirəsi Azərbaycan xalqı tərəfindən yad edilir və həmişə yad olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə