Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

prelin 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna bu ilin aprelin 1-dək 98.386.852,81 AZN, 213.577,88 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə