“Gənclərin dostu” mükafatına dair monitorinqlərə start verilib

“Gənclərin dostu” mükafatına dair monitorinqlərə start verilib
"Gənclərin dostu" Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün paytaxt və regionlarda sorğu və monitorinqlər davam edir. Bu barədə SİA-ya Azərbaycan Gənclər Mərkəzindən məlumat verilib. Mərkəzin 2007-ci ildə təsis etdiyi və hər il gənclər sferasında fəaliyyət göstərən və gənclərə, gənclər təşkilatlarına maddi və mənəvi dəstək olan fiziki və hüquqi şəxslərə verilən "Gənclərin dostu" Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində sorğu və monitorinqlərə start verilib.

Qeyd edək ki, qaliblərə 18 nominasiya üzrə "Gənclərin Dostu" Milli Mükafatı və başqa hədiyyələr təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə