Gömrük Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb

Gömrük Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb

Cari ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 563 min 381 elektron müraciət daxil olub.

Komitədən SİA-ya bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə