Lənkəranda torpaq sürüşməsi: evlərin divarlarında çatlar yaranıb - VİDEO

Lənkəranda torpaq sürüşməsi: evlərin divarlarında çatlar yaranıb - VİDEO

Son günlər düşən yağıntılardan sonra Lənkərandakı sürüşmə zonalarında aktivlik artmağa başlayıb. SİA-nın xəbərinə görə, rayonun Sinovli kəndində təpəlik ərazidə 50 metr uzunluğunda yerin torpaq qatı sürüşməyə məruz qalıb. Əraziyə yaxın yerləşən Mürşüd Quluyevə məxsus fərdi yaşayış evinin divarlarında çatlar yaranıb. Eyni zamanda sözügedən ərazidəki təsərrüfat tiklisi də qəzalı vəziyyətə düşüb. Sürüşmənin təsirindən həyətlərdəki bağlarda 20-dən çox meyvə ağacları aşaraq yararsız hala düşüb.

Əlaqədar qurumlar hadisə yerinə baxış keçirib. Mövcud vəziyyətlə maraqlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə