Yevlaxda anım tədbiri keçirilib

Yevlaxda anım tədbiri keçirilib

Bu gün Yevlax şəhər ictimayəti 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Yevlax şəhər Şəhidlər Xiyabanında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. Sonra Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov Yevlax ictimayəti qarşısında baş vermiş hadisə ilə əlaqədar çıxış etdi. Qoca Səmədov bildirdi ki, XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "böyük Ermənistan" dövləti yaratmaq olub.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Xususilə, Ümumilli Liderimiz Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998 ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Eyni zamanda, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Tarix yazılmaqla yanaşı, heç zaman unudulmur. Bu faciə bizim qan yaddaşımıza yazılıb. Düşünürəm ki, biz Vətənimizi dərin məhəbbətlə sevməklə, torpaqlarımızı göz bəbəyi kimi qorumaqla cəmi şəhidlərimizin ruhunu şad etməyə, onların qisasını almağa çalışmalıyıq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə