Prezident İlham Əliyev xalqın ümid və inam yeridir RƏYLƏR

Prezident İlham Əliyev xalqın ümid və inam yeridir RƏYLƏR

""Diqlas" ticarət mərkəzinin yanması ilə sahibkarlara dəymiş ziyanın ödənilməsi barədə Prezidentin müşavirə keçirməsi və sahibkarlara 3 milyon manat vəsaitin ödənilməsi barədə sərəncam imzalaması dövlət başçısının vətəndaş amilinə diqqət və qayğısının nüümunəsidir. Ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurlar insanların daha firavan-təhlükəsiz yaşamasına geniş imkanlar yaradıb. 2019-cu ilin son üç ayının statistik göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycanın sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə daxil olub: "Xüsusi ilə də, Prezident İlham Əliyevin müavinatların, pensiyaların artırılması, fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi barədə imzaladığı sərəncamlar vətəndaş məmnunluğunun artırılması, insanların sosial-iqtisadi. Məişəy məslələrinin həll edilməsinə mühüm töhfələr vermiş olduğu. Bunun ardlca, Nizami rayonundakı "Diqlas" ticarət mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş olan ziyanın ödənilməsi barədə, Prezidentin müşavirə keçirməsi və müəyyən qurum rəhbərlərinə insanlara yardımların göstərilməsi barədə göstərişlər verməsi və dünən isə sahibkarlara 3 milyon manat vəsaitin ödənilməsi barədə sərəncam imzalaması bir daha dövlət başçısının insanların ümid və inam yeri olduğunu göstərir. Söhbət etdiyimiz müsahiblərimiz də Prezidentimizin sahibkarlara göstərdiyi diqqət və qayğının dünya liderləri üçün bir nümunə olduğunu bildirdirdilər.

İsa Həbibəyli: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır"

AMEA-nını vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş verən yanğın zamanı yüzlərlə sahibkara külli miqdarda ziyanın dəydiyini bildirib: "Ancaq dövlət başçımız onları ümidsiz qoymayıb. Belə ki, bununla bağlı Prezident İlham Əliyev dərhal aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib, Baş vermiş yanğınla əlaqədar martın 28-də Prezident İlham Əliyevin Sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəydiyini diqqətə çatdıraraq, onlara dövlət tərəfindən dəstək göstəriləcəyini vurğulayıb. Prezident deyib ki, hadisə ilə bağlı yaradılan komissiya işini yekunlaşdırana qədər operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi yardım göstəriləcək və onların düşdükləri çətin vəziyyətdən çıxmasına şərait yaradılacaq. Hətta gələcəkdə onların işlə təmin edilməsi üçün də müvafiq addımlar atılacaq. Müşavirədə Prezident bir daha qeyd edib ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə də dövlət hər zaman vətəndaşların, o cümlədən sahibkarların yanındadır və bundan sonra da daim onların yanında olacaqdır. Dünən isə Prezident İlham Əliyev yanğından zərər görən sahibkarlara ödənilməsi üçün ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalayıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidentin İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır".

İ.Həbibbəyli onu da əlavə edərək söyləyib ki, bir qədər əvvəl dövlətimizin başcısı müavinətların, pensiyaların, Qarabağ və Əfqanıstan müharibəsinin iştirakçıların təqaüdlərinin artırılması, eləcədə fiziki şəxslərin problemli kreditlərinin həl olunması barədə sərəncam imzalamışdır: "Prezidentimiz hər zaman bütün katiqoriyadan olan insanlara diqqət və qayğı göstərib, onların sosial-məişət problemlərinin həll ilə bağlı mütərəqqi addımlar atıb, qərarlar verib. Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi barədə qəbul edilən qərar buna daha bir misaldır. Dövlət başçısı 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci il avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin, o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələrini də daxil edib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb. Təbii ki, uğurlu sosial siyasət bundan sonrada davam etdiriləcək. Hər bir Azərbaycan vətəndaşı daha firavan, daha təhlükəsiz həyat yaşayışını təmin edəcək. Bu Prezidentimizin dəyişməz siyasəti, apardığı xeyirli, gərəkli fəaliyyəyin aparıcı xəttidir".

Tahir Süleymanov: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətinin mərkəzində vətəndaşların sosial müdafiəsi dayanır"

-"Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanın firavan gələcəyinə hesablanmış social-iqtisadi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur". Bu yikiri millət vəkili Tahir Süleymanov qeyd edərək söyləyib ki, mövcud fakt ondan ibarətdir ki, Prezident İlham Əliyev daim hər bir ölkə vətəndaşının yanındadır: "Aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində həayatımızın bütün sahələrində böyük uğurlara, iailiyyətlərə imza atılıb. Ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər həyata keçirilir. Dövlət proqramlarının uğurla icrası nəticəsində sahibkarlıq sektorunda istensivliyin daha da yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ları, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır".

Millət vəkili Prezident İlham Əliyev sahibkarlarla görüşündə sahibkarlapa laima diqqət və dəstək olduğunu da söyləyib: "Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir... Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması haqqında düşünməliyik. Ölkəmizdə sahibkarlığa mane olan bütün süni maneələr tamailə aradan qaldırılıb. Məhz bu səbəbdəndə sahibkarlığın inkişafında ciddi uğurlara imza atılıb. Yaranan çətinliklər Prezidentin dəstəyi ilə həll edilib. Buna misal kimi, Nizmi rayonundakı "Diqlas" ticarət mərkəzinin yanması zamanı sahibkarlara dəymiş olan ziyanın aradan qaldırılması üçün ölkə başçısının qurum rəhbərlərinə müvafiq göstərişlər verməsi və sahibkarlara ödənilməsi üçün ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalamasını göstərməkm olar. Dövlətin heç bir sosial-iqtisadi, maliyyə öhdəliyi olmadığı halda, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara dəstək nümayiş etdirib. Bunula Prezident İlham Əliyev bir daha çətin anlarında sahibkarların yanında olduğunu göstərir. Qeyd edildiyi kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halı, sosial müdafiəsi dayanır".

Mahir Abbaszadə: "Prezident İlham Əliyevin apardığı siyasətinin əsas xəttində vətəndaş amilinə diqqət və qayğı dayanır"

Millət vəkili Mahir Abbaszadə xalqımız aprelin 11-də Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, Cənab İlham Əliyevin xalqın mütləq dəstəyini qazanaraq yenidən Prezident seçilməsinin ildönümünü qeyd edəcəklərini vurğulayıb: "Əminliklə və böyük fərəh hissi ilə qeyd etməliyi ki, bu bir il dövlət başcısı İlham Əliyevin 15 illik Prezidentlik fəaliyyətininn uğurlu məntiqi davamı olub. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsi Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını bildirmişdir. Prezidentimizn 2003-cü ildən indiyə qədər olan fəaliyyəti dövründə biz bunun dəfələrlə şahidi olmuşuq. O, imzaladığı fərman və sərəncamlarla, atdığı addımlarla hər bir azərbaycanlının prezidenti olduğunu nümayiş etdirib. 2003-cü il də Cənab İlham Əliyev Prezident seçildikdən sonra ilk görüşlərini Biləsuvar rayonundakı qaçqın və məcburi köçkünlərlə görüşü olmuşdursa, 2018-ci il prezident seçkilərində xalqın dəstəyini qazanaraq Prezident seçilməsindən sonra Cənab İlham Əliyevin imzaladığı şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi barədə Fərmanı olmuşdur. Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünün, şəhid ailələrinin, müharibə veteranlarının sosial durumunun yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli, müharibə əlillərinin avtomobillə təmin olunması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar Onun siyasətini əsas xəttinin vətəndaş amilinə diqqət və qayğı dayandığını göstərir".

Millət vəkili onu da vurğulayıb ki, birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması başlıca hədəf olub: "Dünyanın heç bir ölkəsi öz vətəndaşlarının üzləşdiyi problemləri həll etmək üçün bu qədər addım atmır. Azərbaycanda isə sosial problemlərin həllinə sistemli, ardıcıl, strateji yanaşma var. Bununla yanaşı, fövqəladə hallarda Azərbaycan Prezidentinin qəbul etdiyi bir çox qərarlar da sosial problemlərin həllində, vətəndaş məmnunluğunun təmin olunmasında mühüm rol oynayır. Nizami rayonundakı "Diqlas" ticarər mərkəzində baş verən yanğın zamanı sahibkarlara dəyən ziyanın ödənilməsi üçün Prezidentimiz müvafiq göstərişlər Verdi, müşavirə keçirdi, eyni zmanda sahibkarlara ödənilməsi üçün 3 milyon manta vəsaitin ayrılması barəd sərəncam imzaladı. Bu baxımdan demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev ümidsiz qalmış insanların ümididir. "Diqlas" ticarət mərkəzinin yanması nəticəsində əmlakları külə dönən insanlara yardım edilməsi dünyada analoqu olmayan hadisədir. Çünki, özəl sektor olduğundan dövlət bu sahəyə yardım etməyə borclu deyil. Amma Prezident İlham Əliyev xeyirxaqlıq göstərək öz vətandaşına dəstək nümayiş etdirdi. Bu baxımdan Prezidenti İlham Əliyev sosialyönlü siyasəti və atdığı addımlar bütün dünyaya bir nümunədir".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə