Tanınmış prodüser, rejissor və aktyor, Moskvada yaşayan həmyerlimiz Timur Cəfərov TELLMANN SHOW-ya video-müsahibə verib.
Ali tibb təhsili almış Timur Cəfərov müsahibəsində həkimlik peşəsini prodüserliyə dəyişməsinin səbəblərini açıqlayıb, “KVN” komandasının oyunlarında iştirakından, “NİKA” Milli Rusiya Kinemotoqrafiya Mükafatının təqdimat mərasimində müəllif və rejissor kimi işindən, kinemotoqrafiya və televiziyanın sirlərindən və bugünkü reallıqlarından danışıb.
Timur Cəfərov ilk dəfə olaraq Rusiyanın populyar “Voroninı” teleserialının seriyalarından birinin Bakıda çəkiliş ideyasından bəhs edib. Bundan əlavə, Timur Cəfərov kinolayihənin baş prodüseri kimi “Jara” Beynəlxalq Musiqi Festivalına həsr olunmuş “Jara V Baku” kinofilminin tezliklə ekrana çıxma planlarından söz açıb.
Müsahibədə Azərbaycanın turizm baxımından cazibədar regionlarına və milli mətbəxinə xüsusi yer ayrılıb. Timur Cəfərov əcnəbi turistlərə Azərbaycanın sevdiyi görməli yerlərinə səyahət etməyi məsləhət görüb. Video-müsahibəni https://www.youtube.com/watch?v=oLytgVD_R-0 linki vasitəsilə izləyə bilərsiniz.
TELLMANN SHOW layihəsinin müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. TELLMANN SHOW Caspian Club və “Narimanfilm” kinostudiyasının “Gate 25”in iştirakı ilə birgə layihəsidir.
TELLMANN SHOW-nun yaradıcı kollektivi sponsor, partnyor və ya reklamverici qismində bu layihədə iştirak etmək istəyən şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat əldə etmək üçün: E-mail: [email protected] URL: www.caspianenergy.net; www.caspianenergy.org

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB