Tovuzun uşaq bağçası “Ginnesin Rekordlar Kitabı”na düşə bilər VİDEO
Uşaq bağçasına böyük tələbat olan Tovuz rayonunun Vahidli kəndində uşaqların tərbiyə müəssisəsinə qəbulu müşkül məsələyə çevrilib.
Bir otaqdan ibarət olan uşaq bağçasında balacalar kiçik bir otaqda həm yemək yeyir, həm yatırlar. Eyni zamanda bu balaca yerdə müxtəlif oyunlar da təşkil edilir. Müəssisədə şəraitin və əlavə qrupun olmaması səbəbindən uşaqların bağçaya götürülməsi problemə çevrilib.
Məsələyə aydınlıq gətirmək üçün Vahidli kənd İcra Nümayəndəliyinə üz tutduq. Lakin iş vaxtı olmasına baxmayaraq sözügedən qurumun heç bir əməkdaşını yerində tapa bilmədik.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB